Müğənni nişanlandı FOTOLAR

Pop ulduzu Ledi Qaqaya aktyor Teylor Kinni evlilik təklifi edib. SİA-nın verdiyi xəbərə görə, sevgilisinin ona bağışladığı üzüyün fotosunu paylaşan Qaqa "Vaxtı gəlib çatdı. O, mənə öz ürəyini verdi, mən də "hə" dedim" sözlərini yazıb.

Qeyd edək ki, Ledi Qaqa və Teylor Kinni 2011-ci ildə "You and I" ("Sən və mən") klipinin çəkilişləri zamanı tanış olublar. İfaçı bundan əvvəlki müsahibələrinin birində ailə qurmağa hazır olduğunu və ən az 3 uşaq istədiyini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə