Modelyer Şəlalə Maqsudovadan: “Vampirlər” FOTOLAR

Modelyer Şəlalə Maqsudovadan: “Vampirlər” FOTOLAR

Modelyer Şəlalə Maqsudova yeni "Vampirlər" kolleksiyasını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, kolleksiyada vəhşi obrazlarda olan insanlar canlandırılıb. Modelyer bu kolleksiya ilə bəzi insanlara güzgü tutmaq istədiyini deyir. Ş. Maqsudova azğınlaşan, qəddarlaşan, var-dövlət, ad-san üçün iyrənc əməllərə əl atan insanların vampirləşdiyini ön plana çəkib: "Bəzi insanlar bu vampirlərə baxanda qıraqdan çox eybəcər göründüklərini görsünlər. İnsanlar zalımlaşıb, qəddarlaşıblar, bir-birilərindən istifadə edirlər, işlərini yoluna qoymaq üçün min cür dona girirlər. Amma işləri düzələndə iyrənc sifətləri ortaya çıxır. Ətrafımızda zalım, qaniçən, rəzil insanlar çoxdur. Bu kolleksiyam vasitəsilə onlara demək istəyirəm ki, bir gün iyrənc əməllərinizə görə cavab verəcəksiniz. Mən də vampir kimi insanlarla çox rastlaşmışam. Lakin yaxşı dostlarımın sayəsində yenidən həyata dönüb yaradıcılıqla məşğul olmuşam".

Qeyd edək ki, layihədə olan obrazların qrimini vizajist Esmira İsmayılova işləyib. Fotoların müəllifi Ruslan Teymurfilatovdur. Kolleksiyada 10 model iştirak edib. Onlar Adil İsmayılov, Anar Maqsudov, Mehdi Babazadə, Sevinc Əliyeva, İlhamə Əliyeva, Pərvin Əliyevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə