Müğənni Elgün Hüseynov yaradıcılığında yenilik edəcək. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Yeni mahnı hazırlayıram. Bəstə "Sevginin gözü" adlanır. Mahnının sözləri Zeynəb Ədalətqızının, musiqisi Elvin Abdullayevindir. Onu da deyim ki, həmkarım Elvindən xahiş etmişdim ki, mənim üçün bəstə yazsın. O, da sözümü yerə salmayıb, "Sevginin gözü" adlı mahnını ərsəyə gətirdi. Bir müddət xəstələndiyim üçün işlərimə fasilə vermişdim. Ancaq hazırda yaxşıyam. Tez bir zamanda "Sevginin gözü" adlı mahnımı dinləyicilərimə təqdim edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB