Günay konsert verdi FOTOLAR

Müğənni Günay İbrahimli paytaxt məkanlarının birində solo konsert verib. SİA-nın verdiyi xəbərə görə, səhnədə əsl dünya ulduzlarını xatırladan müğənni maraqlı şoularla tamaşaçıları əyləndirib. Günay sevənləri üçün köhnə hit mahnıları ilə yanaşı, yeni mahnılarını da səsləndirib. İfaçını izləməyə gələnlər arasında müğəninin dostları, sevilib-seçilən insanlar da yer alıb. Sənətçinin konsertini dinləməyə gələnlər Günayın dillər əzbəri olan mahnılarını onunla birlikdə oxuyublar.

Qeyd edək ki, gecənin aparıcısı Zaur Nəbioğlu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə