Müğənni Talıb Tale illər öncə diskini sındırdığı həmkarından söz açıb. SİA-ya açıqlama verən ifaçı həmin sənətçinin adını da açıqlayıb: "Xeyli vaxt bundan öncə müğənni-bəstəkar Tunar Rəhmanoğlu ilə problem yaşamışdım. Səs tembirlərimiz Tunarla az da olsa yaxın olduğu üçün satıcılar "Gecəmiz" mahnısının qarşısına Tunarın adını yazmışdılar və mən də buna görə çox əsəbləşmişdim. Çünki bir çox ifaçılarımız mahnılarının dinlənilməsi üçün kifayət qədər pul tökürlər. "Gecəmiz" bəstəsi də hit çevildiyi üçün hisrləndim ki, mahnının müəllifi və ifaçısı özüm olduğu halda niyə Tunarın adı çəkilməlidir. Buna görə onun adı yazılan diskləri qırmışdım. Amma sonra görüşüb, problem həll etdik. Hazırda da münasibətimiz normaldır".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB