Musadan Təranəyə Sevgililər günü sürprizi AÇIQLAMA

Musadan Təranəyə Sevgililər günü sürprizi AÇIQLAMA

İfaçı Musa Musayev 21 ildir sevib, seçdiyi xanımı Təranə Qumrala Sevgililər günü sürprizi edib. Musa Musayev həyat yoldaşı üçün "Sevgimizə göz dəyər" adlı yeni mahnısına klip çəkdirib. Bundan əlavə səhər tezdən M. Musayev Təranə Qumrala böyük gül çələngi hədiyyə edib. Özünü dünyanın ən xoşbəxt qadını hesab edən Təranə Qumral təəssüratlarını SİA-ya bölüşüb: " Bütün bunlara görə, Musaya çox sağ ol deyirəm. Amma ona nə qədər təşəkkür etsəm azdır. Musa da, mən də bir həyat boyu bir-birimizə dayaq olmuşuq. Həm çətin, həm firavan günlərimizi bir yaşamışıq. Əsas isə sevgi dolu yaşamışıq. 21 ildir ailəliyik, gözəl balalarımız var. Övladlarım da öz sevdikləri, seçdikləri insanlarla birlikdədirlər. Bizim sevgimizdən Sevgim qızım dünyaya gəlib. Bu da Musa ilə olan sevgimizin gücünü, qüdrətini, tükənməzliyini göstərir. Bizim üçün sevginin günü yoxdur. Çünki biz bir-birimizi sevirik və hər gün bizim üçün sevgililər günüdür".

Təranə Qumral yeni mahnılardan da söz açıb: "Yeni mahnımız "Sevgimizə göz dəyər" adlanır. Allah bütün sevənləri göz nəzərdən qorusun. İnanıram ki, bu mahnı sevənlərin sevgi himninə çevriləcək. Çünki "Sevgimizə göz dəyər" mahnısı məhz bir-birinə aşiq olan sevgililər üçün nəzərdə tutulub".

Cütlüyün "Sevgimizə göz dəyər" adlı yeni mahnısını sizə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə