"28 Cinema"da "Krımlı" filminin qala gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə filmin baş rol ifaçısı, türkiyəli aktyor Murad Yıldırım iştirak edib. Sənətçi Bakını olduqca bəyəndiyini söyləyib.
Daha sonra M.Yıldırım jurnalistlərə film haqqında məlumat verib: "Krımlı" sevgi filmidir, II Dünya müharibəsi illərində Almaniyada əsir düşən tatarların taleyindən bəhs edir. Filmdə iştirak edən digər aktyorlar serial çəkilişlərinə görə bura gələ bilmədilər".
Qeyd edək ki, ekran işində Muradla yanaşı, Selma Ergeç, Baki Davrak kimi aktyorlar da rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB