Elnarə Xəlilovadan qeyri-adi addım FOTOLAR

Elnarə Xəlilovadan qeyri-adi addım FOTOLAR

Bakıda TRT Avaz telekanalının hazırladığı "Avaz" layihəsi çərçivəsində "Avaz" adlı tanıtım videosunun çəkilişləri olub. SİA-nın verdiyi xəbərə görə, Türk Dünyasının birliyini əks etdirən mahnıda hər bir Türk xalqını təmsil edən müğənni yer alıb. Azərbaycanın siması seçilən müğənni Elnarə Xəlilova üçün yaradıcı heyət artıq Bakıda çəkilişlərə yekun vurub.

Çəkilişlər Qız Qalası, Şirvanşahlar Sarayı, Karvansaray, Qobustan, Atəşgah məbədi, Alov Qüllələri, Şəhidlər Xiyabanı, Dağüstü Park və başqa məkanlarda aparılıb.

"Avaz" tanıtım videosu Novruz Bayramı ərəfəsindən başlayaraq bütün Türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.

Tanıtım videosunu Ali Çiçiek və Ahmet Sabuncu lentə alır. Bosniyada çəkilişlərə yekun vurub Azərbaycana gələn yaradıcı heyət Türkmənistana yollanıb.

Çəkilişlərdən olan fotoların bir hissəsini təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə