Xeyli zamandır azəri dinləyicilərinin gözünü yolda qoyan müğənni Sami Yusif nəhayət paytaxtımıza təşrif buyuracaq. SİA-ya bu haqda Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə məlumat verib: "İfaçı iki gün Bakıda konsert verəcək. Sənətçi "Sarı gəlin" adlı konsert proqramı ilə çıxış edəcək. O, mart ayının 14-15 səhnəyə çıxacaq. Konsert Heydər Əliyev Sarayında, saat 19:00-da baş tutacaq".
Qeyd edək ki, biletləri 20-250 manat arasında şəhərin bütün kassalarından əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB