Elnur finalda!

Azərbaycanlı müğənni Elnur Hüseynov "O səs Türkiyə" yarışmasının finalına çıxıb. SİA-nın verdiyi xəbərə görə, Elnur bu dəfə "Exogenesis" simfoniyasından bəstə səsləndirib. Mazhar-Özkan cütlüyünün və Hadisənin yarışmaçıları ilə səhnəyə çıxan həmyerlimiz tamaşaçı səsverməsi nəticəsində üçlüyün birincisi olub.

Qeyd edək ki, Elnur Ebru Gündeşin komandasında yarışır.

Bütün xəbərlər Facebook səhifəmizdə