Şakiranın yeni klipi

Kolumbiyalı müğənni Şakira hamilə olmasına baxmayaraq, "Mi Verdad" adlı mahnısına klip çəkdirib. SİA-nın məlumatına görə, əvvəlki kliplərindən fərqli olaraq Şakiranın bu klipi adi üslubda çəkilib. Ehtiraslı rəqslərindən heç bir əlamət qalmayan müğənninin bu dəyişikliyi bir neçə səbəblə izah olunub. Əvvəla, mahnının riktmik olmaması müğənninin hərəkətlərini məhdudlaşdırır. İkinci və ən əsas səbəb isə müğənninin hamiləliyinin son günlərini yaşamasıdır.

Müğənni klip üçün hamiləliyini gizlətməyən sadə paltarlar seçib.

Bütün xəbərlər Facebook səhifəmizdə