Müğənni: “Manaf kimi qardaşın ayağı altında ölmək lazımdır” FOTO

Müğənni: “Manaf kimi qardaşın ayağı altında ölmək lazımdır” FOTO

Xeyirxax əməlləri ilə gündəmə gələn müğənni Manaf Ağayev bu dəfə də ənənəsinə sadiq qalıb. SİA-ya açıqlama verən ifaçı qara ciyər xəstəliyindən əziyyət bacısı üçün hər şey etməyə hazır olduğunu söyləyib: "Bir çox hallarda insanlara kömək etmişəm. Amma bu dəfə bacımın köməyə ehtiyyacı var. Belə ki, bacım qara ciyər xəstəliyindən əziyyət çəkir. Onun üçün canımı belə verməyə hazıram. Hələ 3 ay müalicə olunacaq. 3 aydan sonra bəlli olacaq ki, qara ciyərimi ona verə bilərəm, ya yox".

Manaf Ağayevin bu addımı əməkdar artist Aybəniz Haşımovanı kövrəldib. O, M.Ağayev haqda müsbət fikirlər söyləyib: "Manaf kimi qardaşın ayağı altında ölmək lazımdır. Manafa və onu dünyaya gətirən anaya halal olsun. Onun bu hərəkəti məni çox kövrəltdi. Allah Manaf Ağayevi heç zaman darda qoymasın".

M.Ağayev isə xanım Haşımovanın xoş sözlərinə görə təşəkkürlərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə