6 dəfə baba olan xalq artisti danışdı

6 dəfə baba olan xalq artisti danışdı

Xalq artisti Səməd Səmədovun ailəsindən xoş xəbər var. SİA-ya açıqlama verən sənətçi baba olduğunu söyləyib: "Xədicə qızım üçüncü dəfə ana olub. Mənim də altıncı nəvəmdir. Yenicə dünyaya göz açan qız nəvəmin adı Səfiyyədir. Çəkisi 3 kq 500 qramdır. Onu da deyim ki, nəvəmin olmasına görə məni təbrik edənlərə təşəkkür edirəm. Allah bütün balaları xoşbəxt eləsin. O gün olsun ki, 6 nəvəmin toyunu görüm".

Qeyd edək ki, xalq artistinin Moskvada yaşayan oğlu Anarın 2 qızı, 1 oğlu və qızının 3 qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə