Muğam ifaçısı Elnarə Abdullayeva yaxın günlərdə verəcəyi konsertdən söz açıb. SİA-ya açıqlama verən xanəndə həmin gün üçün bir çox sənət dostlarına dəvətnamə göndərdiyini dilə gətirib: "Bildiyiniz kimi fevral ayının 20 və 21-i Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəm. Konsertimdə özümə yaxın bildiyim sənətkarları görmək istəyirəm. Odur ki, onlara dəvətnamə göndərmişəm. Konsertimə gəlməsələr, incimərəm".
E. Abdullayeva şəxsi həyatından da söz açaraq qaynanası haqda maraqlı fikirlər səsləndirib: "Qaynanam məni çox istəyir. Ancaq bir çox hallarda məni tənqid edir. Buna səbəbdə ona işlərimin çoxluğundan gəlinlik etməməyimdir. Hər zaman deyir ki, Elnarə mənə gəlin olmayıb. Çayımı belə süzməyib. Amma bütün bunlara baxmayaraq, mən qaynanamı, o da məni çox istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB