Müğənni Elariz Məmmədoğlu heç vaxt konsert verməyəcəyini deyib. SİA-ya açıqlama verən ifaçı konsert haqda maraqlı fikirlər səsləndirib: "Dinləyicilərim konsert keçirməyimi gözləməsinlər. Çünki hər gün şou proqramlarda və el şənliklərində insanların içərisində olub, oxuyuram. Mən özümü sözügedən yerlərdə konsertdəki kimi hiss edirəm. Onu da deyim ki, cəmiyyət arasında olan ifaçı necə konsert verib, tamaşaçı yığa bilər? Konsert keçirmək istəyən müğənni gərək xeyli müddət insanlar arasında görünməsin. Ancaq yeni mahnılar yazdırıb, klip çəkdirsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB