24 yaşı tamam olan Günayı şou-biznes əhli belə təbrik etdi FOTOLAR
Bu gün müğənni Günay İbrahimlinin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, ifaçı 24 yaşını qeyd edir. Səbəbkarı bu münasibətlə şou-biznesin tanınmış simaları təbrik edib.
Onları sizə təqdim edirik:
Müğənni Aysel Əlizadə: "Canım təbrik edirəm. Böyük qız olasan. Həyatda nə arzuların varsa, tezliklə çatasan. İşlərində bol uğurlar arzu edirəm".

Müğənni Xəyyam Nisanov: "Çox qısa zamanda çoxlarının qəlbinə yol tapan əziz dostum ad günün mübarək".

Stilist Elnur Həsənov: "Əziz dostum Günay İbrahimli, səni ad günü münasibəti ilə təbrik edirəm. Uğurların bol olsun. Necə varsansa belə qalmağını arzu edirəm. Səsin hər zaman ucalardan gəlsin".

Bəstəkar Nazim Məmmədov: "Dostum, ad günün mübarək. Toyuna gələk".

Prodüser Rövşən Cəfərov: "Ad gününü ürəkdən təbrik edirəm. Arzularına çatasan. Yaradıcılığında uğurlar qazanasan. Sən buna layiqsən".
Teleaparıcı Samir Bayramlı: "Ulduz, ad günün mübarək".

Şoumen Murad Dadaşov: "Əziz Günay İbrahimli, ad günün mübarək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB