"Li-li group"un Türkiyənin "Mərdan yapımla birgə məhsulu olan "Körpü şou"nun İstanbulda ekranlaşdırılan növbəti buraxılışında müğənnilər Zamiq Hüseynov, Yusif Güney və astroloq xanım Nuray Sayari iştirak edib. SİA-nın verdiyi xəbərə görə, verlişin aparıcısı Aynur Hacıyevanın təqdimatında ikinci buraxılış da maraqlı məqamlarla yadda qalıb. Yusif Güneyin Azərbaycana səfərlərini xatırladan Aynur xanım bu bağlılıqdan bir səmimiyyət yarandığını çəkiliş zamanı hiss edib. S.Yusifin təqdimatında parodiyaları verlişə rəng qatıb. Eyni zamanda Zamiqlə türkiyəli sənətçinin birgə iki dildə canlı duetləri coşqu yaradıb. Nuray Sayari isə öz növbəsində Azərbaycandan çoxlu mesajlar aldığını diqqətə çatdırıb və maraqlı açıqlamalar verib. Leyla Babayeva isə ansamblla birlikdə məhşur mahnılarımızdan səsləndirib.
Qeyd edək ki, "Körpü şou" fevralın 8-də, 22:45-də Xəzər televiziyasında yayımlanacaq.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB