Özcan Dənizin filminin qala gecəsi FOTOLAR

Özcan Dənizin filminin qala gecəsi FOTOLAR

Türkiyəli sənətçi Özcan Dənizin rejissorluq etdiyi "Sevimli təhlükəli" filminin İstanbulda qala gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, sözügedən gecəyə əsas rolları canlandıran Ayça Ayşin Turan və Şükrü Özyıldızla yanaşı, digər tanınmışlar da qatılıb. Belə ki, qonaqlar arasında Məryəm Üzərli, Nurgül Yeşilçay, Gizem Karaca, Tuba Melis Türk, Ərkan Petekkaya, Kərəm Bursin, Caner Erkin və xanımı Asena, Kənan Ərçətingöz olub.

Qeyd edək ki, "Sevimli təhlükəli" filminin fevralın 23-də Bakıda, Nizami Kino Mərkəzində də qala gecəsi keçiriləcək. Gecədə Özcan Dəniz və ekran işinin aktyor heyəti iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə