Bu gün müğənni-bəstəkar Elza Seyidcahan mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, sənətçi Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Rəyasət Heyəti (AzərKİV) verib. Qurum "İntervyü" jurnalı və "İntervyü-xəbər" qəzetinin keçirdiyi ictimai sorğu əsasında ədəbi yaradıcılıq və poeziya sahəsində qazandığı nailiyyətlərə görə "İlin Şairəsi" fəxri media mükafatı ilə təltif olunduğu üçün jurnalistlərlə görüşüb.
Media mənsublarının bütün suallarını cavablandıran Elza onların qınaq obyektinə çevrilib.
Elza Seyidcahan onu bu ada layiq görənlərə minnətdarlığını bildirib və bu vaxta kimi 18-ə yaxın şeir yazdığını, lakin şairə olmadığını vurğulayıb: "Mən şairə deyiləm. Düşünürəm ki, şairin gərək bir dərdi olsun ki, onu şeirə köçürsün. Yazıramsa demək ki, mənim də problemim olub. Yazdıqlarımı heç vaxt hansısa şairə göstərmirəm. Çünki özümü şairə hesab etmirəm ".
Səbəbkar onu tənqid edən jurnalistlərin fikirlərini normal qarşılayıb: "Bu gün siz mətbaut işçiləri məni qınaya bilərsiniz. Ancaq mən təvazökarlıq edib, söylədim ki, şairə deyiləm. Əslində bu belə deyil. Sizin fikirlərinizi də normal qarşılayıram".
Fotolar müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB