"28 Cinema"da türkiyəli müğənni-rejissor Mahsun Kırmızıgülün "Möcüzə" filminin qala-gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, media nümayəndələrinin suallarını cavablandıran Mahsun Kırmızıgül və aktyor Əli Sürməli filmlə bağlı maraqlı açıqlamalar veriblər: "Rejissorluq müğənnilikdən çətindir. Bundan sonra özümü filmlərə həsr edəcəm. Bir məqamı diqqətinizə çatdırım ki, 10 il öncə başqa bir işlə qarşınıza çıxacağımı demişdim və vədimə əməl etdim. "Möcüzə" filmini də real həyatda baş verən hadisələrdən çəkmişəm. Onu da deyim ki, filmlərimin hamısında Əli Sürməli kimi peşəkar aktyorlarla çalışmışam. Düşünürəm ki, nə vaxtsa hansısa bir filmim "Oscar" mükafatına layiq görülər. Nəzərinizə çatdırım ki, Azərbaycanda film çəkmək arzusundayam. Hacı Zeynalabdin Tağıyev haqda, 1900-cü illərə aid film çəkmək istəyirəm".
Media mənsublarının suallarına Əli Sürməli də cavab verib: "Bir ifaçının rejissorluq etməyi möcüzədir. Mahsun da bu filmlə möcüzə yaratdı".
Qeyd edək ki, jurnalistlərin bütün suallarına cavab verən paytaxtımızın qonaqları tamaşaçılarla birgə "Möcüzə" filmini izləməyə yollanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB