Bu gün xanəndə Elnarə Abdullayeva "Zəfər çalacağıq" adlı konsertindən öncə mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə səbəbkarla yanaşı, prodüser Asif Kərimov da iştirak edib. Onlar jurnalistlərə konsertdə nələrin olacağı haqda ətraflı məlumat veriblər.
Mətbuat konfransında Elnarə Abdullayeva "Zəfər çalacağıq" adlı konserti zamanı muğam və bəstəkar mahnılarına müraciət edəcəyini söyləyib: "20 fevral hər kəsi konsertimə dəvət edirəm. Konsert zamanı 2 geyim dəyişəcəm və muğam, bəstəkar mahnılarına uyğun imicdə olacam. Konsert zamanı duetim də ola bilər. Hələ ki, dəqiq deyil".
Tədbirdə söz alan Asif Kərimov konsertin bütün məsuliyyətini öz üzərinə götürdüyünü bildirib: "Elnarə xanım konsertdə ancaq oxuyacaq. Digər işləri öz öhdəmə götürmüşəm. Konsert üçün xərclədiyimiz pulun miqdarını demiyəcəm. Sadəcə olaraq açıqlaya bilərəm ki, bir avtomobilin dəyəri qədər pul xərcləmişik. Konsertin biletləri 20-80 manat arası təşkil edəcək".
Qeyd edək ki, tədbir media nümayəndələrinin sualları ilə davam edib.
Fotolar müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB