Hər zaman qeyri-adi və xoşagəlməz hərəkətləri ilə qalmaqallar yaradan müğənni Castin Biber inanılmaz addım atıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Facebook" səhifəsində video paylaşaraq son bir il ərzində baş verənlərə görə üzr istəyib. Qaranlıq otaqda çəkilən, musiqiçinin üzünün görünmədiyi videoda Castin Biber fanatlarına səslənərək heç nəyin göründüyü kimi olmadığını deyib: "Hər kəs mənim təkəbbürlü və özünü bəyənən biri olduğumu düşünür. Əslində isə belə deyil. Bəzən olmadığımız kimi görünürük. Bu sadəcə əsl kimliyimizi, hisslərimizi gizlətmək üçündür. Belə gənc yaşda sənət dünyasının içində olmaq çox çətindir. Davranışlarımın qəribə olduğunu bilirəm. Əslində isə mən bütün insanlara dəyər verirəm. Heç nəyi vecinə almayan bir uşaq kimi görünmək istəmirəm. Mən o deyiləm. Amma hər şey keçmişdə qaldı. Çalışacam insanlarda bundan sonra yaxşı təəssürat yaradım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB