Günay 14 fevralda konsert verəcək

Yeni mahnılar üzərində işləyən müğənni Günay İbrahimli konsert verəcək. SİA-ya bu haqda Günayın prodüseri Tamilla Hüseynəliyeva məlumat verib: "Oxuduğu mahnıları ilə seçilməyi bacaran və sevilən ifaçı fevral ayının 14-ü saat, 21:00-da məkanların birində "Dəlisiyəm gecənin" adlı konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edəcək. Hər zaman fərqli görünməyə üstünlük verən Günay konsertdə də fərqli libaslarda olacaq. Stilist və vizajistlər ilə onun üçün xoşladığı bir obraz yaratmışıq. Klub formatı olduğuna görə, səhnəyə çıxışı, geyimləri bir sözlə bütün konsertin formatı möhtəşəm olacaq. Mahnının özünə məxsus rəqsləri və effektlər olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə