Samiraldo həmkarı Anarı “yıxıb-sürüdü” FOTO

Samiraldo həmkarı Anarı “yıxıb-sürüdü” FOTO

Stilist Anar Ağakişiyev həmkarı Elnur Həsənovu tənqid edərək "oğru" deyib və özlərini nömrə 1 adlandıran stilistləri "yıxıb-sürüyüb".

Məsələ ilə əlaqədar olaraq SİA-ya stilist Samiraldo (Samir Əliyev) münasibət bildirərək Elnurun müdafiəsinə qalxıb: "Mən 19 ildir ki, bu peşənin içindəyəm. Ancaq heç vaxt özümə stilst sözünü deməmişəm. Mənə stilist və 1 nömrə sözünü insanlar deyib. Amma adını çəkmək istəmədiyim həmkarım hər zaman özünün 1 nömrə olduğunu bəyan edib. Qaldı ki, Elnura 19 illik stilist kimi deyə bilərəm ki, o, peşəkardır. Onun işində nöqsan yoxdur. Elnur çalışdığı müğənniləri heç vaxt əcnəbi ifaçılara bənzətməyib. Ancaq Anar xarici sənətçilərin makiyajlarını və saç düzümlərini oğurlayaraq yerli ifaçılarımızın üzərində tətbiq edib. Onu da deyim ki, bu insan zamanında mənimlə düşmən idi. İndi isə Elnura ilişir. Onun haqqı yoxdur ki, Azərbaycan vətəndaşı olan stilistləri qınaq obyektinə çevirsin".

Bütün xəbərlər Facebook səhifəmizdə