Rejissorlar haqqında yayılan xəbəri 1 şəkil alt-üst etdi

Rejissorlar haqqında yayılan xəbəri 1 şəkil alt-üst etdi

Yayılan şayiəyə görə xeyli müddətdir ki, rejissorlar Nail Naiboğlu və Kənan M.M. küsülüdürlər. Lakin məclislərin birində bir araya gələn həmkarlar sosial şəbəkədə şəkil çəkdirərək bütün söz-söhbətə son qoyublar.

Məsələ ilə əlaqədar olaraq SİA-ya açıqlama verən Nail xəbəri təkzib edib: "Kənanla heç vaxt aramızda problem olmayıb. Ancaq nədənsə hamı bizi küsülü hesab edir. Sadəcə kamera qarşısında bir araya gəlməmişik. Onu da deyim ki, Kənanın həyat yoldaşı Aygün Mahmudovaya mən klip çəkmişəm. Sonda xüsusi ilə qeyd edim ki, Kənanla şəkil çəkdirib hamıya sübut etmək istədim ki, biz küsməmişik və heç bir zamanda mübahisəmiz olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə