Məhşurlar azyaşlılarla bir arada FOTOLAR

Məhşurlar azyaşlılarla bir arada FOTOLAR

Şou-biznesin tanınmış simaları uşaqlarla birlikdə "Bu mənəm 2" adlı duet layihəsi hazırlayır. SİA-ya bu haqda layihə rəhbərləri bəstəkar cütlük Bəbir və Ülviyyə Bəbirli məlumat verib: "İstedadlı uşaqlara dəstək vacibdir. Onları sənətdə yönləndirmək, həvəsləndirmək lazımdır. Amma az hallarda onlar yaradıcı adamlardan bu dəstəyi ala bilirlər. Biz də layihələr həyata keçirməklə Azərbaycanın gələcəyi olan uşaqlara dəstək olmaq istəyirik".

Qeyd edək ki, layihədə azyaşlılarla birlikdə əməkdar artistlər Tüznalə Ağayeva, Lalə Məmmədova, Xəyyam Mustafazadə, müğənnilər Eldar Qasımov, Samira, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə