Türkiyəli müğənni Əmrə Altuğ aparıcı-model Çağla Şikellə 7 illik ailə həyatına son qoymasının səbəbini açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunun ayrılmalarına səbəb kimi göstərilən basketbolçu Kərəm Tunçeri ilə əlaqəsi olmadığını deyib: "Kərəm bir neçə dəfə görüşdüyümüz adamdır. Məsələnin onunla heç bir əlaqəsi yoxdur. Üstəlik, birlikdə çəkilmiş şəklimizi bəzi media orqanlarının "sübut" kimi istifadə etməsi bizi təəssüfləndirdi. Mən belə bir şeyə heç ehtimal da vermirəm. Bu dedi-qoduları yayan insanlara qarşı hüquqi tədbirlər görüləcək. Sevgimizi və hörmətimizi bitirməmək üçün ayrıldıq. Uşaqlarımız olmasaydı, bir-birimizlə qanlı-bıçaq olanadək bəlkə də bir yerdə yaşayacaqdıq. 7 illik evliliyimiz daxil olmaqla, 10 ildir ki, birlikdəyik. Yaşadığımız gözəl anlar və övladlarımız haqqımızda yayılan şayiələrə layiq deyil. Sonuncu anadək evliliyimizi xilas etməyə çalışdıq. Xəbərimiz olmadan sevgimiz bitdi və ayrıldıq. Qəlbim də, gözlərim də ağladı. Getdikcə bu vəziyyətə öyrəşirəm. Bir müddət keçdiyi üçün sakitləşməyə çalışıram. Ailəmiz və uşaqlarımız üçün yaşayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB