Üç məşhur Almaniyaya səfər edəcək

Üç məşhur Almaniyaya səfər edəcək

Müğənnilər Elnur Məmmədov, Səidə Sultan və Natəvan Həbibi bir araya gələcəklər. SİA-nın verdiyi xəbərə görə, sənətçilər Almaniyada konsert verəcəklər. Martın 21-də baş tutacaq konsert Novruz bayramına həsr ediləcək. Bu haqda E.Məmmədov sosial şəbəkədə yazıb:"Avropanın ən böyük Novruz konserti olacaq. Martın 21-də Kölndə Novruz əhval-ruhiyyəsi yaşanacaq. Var olsun azərbaycanlılarımız!"

Bütün xəbərlər Facebook səhifəmizdə