Stilist Samiraldo (Samir Əliyev) depresiyaya düşüb. SİA-ya bu haqda açıqlama verən stilist səbəbini açıqlayıb: "Depresiyaya düşmüşəm. Səhər yatıb, oyanmaq istəmirən. Çünki təhqirlərdən bezmişəm. Sosial şəbəkədə saxta profillər açıb, lazımsız müğənniciklər məni "yıxıb-sürüyürlər". Ancaq mən onlara cavab vermək istəyirəm ki, özünüzə çönüb, baxın. Görün nə haldasız? Onu da deyim ki, həmin "müğənnilər" hərbi mövzuya müraciət edib, mahnılar səsləndirirlər. Gedin işinizlə məşğul olun. Siz kimsiniz ki, vətənə aid də bəstə oxuyasınız? Sonuncu dəfə xəbərdarlıq edirəm. Mənim adımı birdə lazımsız yerlərdə hallandırsanız, sizi məhkəməyə verəcəm. Həmin insanların da kim olduğunu yaxşı bilirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB