Yoxa çıxan aparıcı tezliklə ekranlarda

Yoxa çıxan aparıcı tezliklə ekranlarda

Aparıcı Zaur Nəbioğlu yeni layihə ilə ekranlara qayıdır. SİA-ya açıqlama verən Z.Nəbioğlu maraqlı bir şou hazırladığını iddia edib:"Hər kəsin zövqünü oxşayacaq verilişlə efirə gəlirik. Dinamik, maraqlı proqramda nəinki müğənnilər, hətta idmançılar, bəstəkarlar, aktyorlar, şairlər və başqa sahələrin insanları qonaq olacaqlar. "Bakı film"in təqdimatında yayımlanacaq "A-dan Z-yə" qısa vaxt ərzində seviləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə