Deniz Seki: “Ağlamaqdan göz yaşlarım quruyub”

Deniz Seki: “Ağlamaqdan göz yaşlarım quruyub”

Xeyli müddətdir narkotik maddələrin satışında günahlandırılaraq həbs olunan müğənni Deniz Sekidən xəbər var. SİA-nın verdiyi xəbərə görə,

Seki azadlığa çıxmaq üçün ümidini yalnız Türkiyənin Konstitusiya Məhkəməsinə bağlayıb: "Həbsdə çox çətin günlər keçirirəm. Ağlamaqdan göz yaşlarım quruyub. Konstitusuya Məhkəməsi 15.04.2014 tarixində göndərdiyim sənədlərə baxsa, günahsız olduğumun şahidi olacaq. Onu da deyim ki, çətin günlər yaşadığım üçün nişanlım Faruk Salman mənə iki quş hədiyyə edib. Quşların birinə "Alican", digərinə "Mələk"’ adı qoymuşam. Onlar da qəfəsdədi, mən də... Quşları qəfəslərindən çıxarıb uçururam, amma mən uça bilmirəm. Quş olub uçmaq və evimə qonmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə