“Möhtəşəm yüz il” serialının tanınmış aktyoru Bakıda!

“Möhtəşəm yüz il” serialının tanınmış aktyoru Bakıda!

"Möhtəşəm yüz il" serialında "Sümbül ağa" obrazı ilə tanınan türkiyəli aktyor Səlim Bayraktar paytaxtımızın qonağı olacaq. SİA-ya bu haqda Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu xanım məlumat verib: "Səlim Bayraktar "Eşq sənə bənzər" filminin qala gecəsində iştirak edəcək. Yanvarın 29-da ə keçiriləcək qala gecəsinə ekran işinin baş rol ifaçıları - türkiyəli aktyor Burak Özçivit və aktrisa Fəxriyyə Evcən də qatılacaq".

Qeyd edək ki, Bedia Ceylan Güzelcenin ssenarisi əsasında rejissor A.Taner Elhanın lentə aldığı romantik dramın prodüseri elə Burak Özçivitin özüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə