Elnarə: “Əlimə silah ala bilərəm”

Elnarə: “Əlimə silah ala bilərəm”

Müğənni Elnarə Xəlilova yeni "Aman" mahnısını dinləyicilərin ixtiyarına verib. SİA-ya bu haqda ifaçının özü danışıb: "Hamımızın ürəyində nisgil var. Hər kəs kimi mən də vətənimizin işğal olunmuş torpaqlarına qovuşmaq ümidi ilə yaşayıram. Hərbçi olsaydım əlimə silah alardım. Biz yaradıcı insanların da silahı yaradıcı işlərimizdir. Bu da mənim ideoloji müharibəmdir. Mən də bu cür müharibə aparıram. Ehtiyac yaranarsa əlimə silah ala bilərəm".

Qeyd edək ki, kompozisiyanın söz və musiqisi Günel Sərdarqızına, aranjemanı Yaşar Baxışa məxsusdur. İfaçı "Aman"ı bu gün ad günü olan şəhid Fərid Əhmədov olmaqla bütün Azərbaycan şəhidlərinin ruhuna ithaf edir. Mahnı Rövşən Cahangirov tərəfindən ekranlaşdırılacaq. Elnarə klipi Şuşanın işğalı günü ərəfəsində təqdim etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə