“Dostlar” qrupu konsert verəcək

"Dostlar" qrupundan yeni xəbər var. SİA-nın verdiyi xəbərə görə, onlar verilişlərin birində yeni mahnı ərsəyə gətirdiklərini dilə gətiriblər: "Tezliklə yeni bəstəmiz işıq üzü görəcək. Mahnı "Söz" adlanır. Onu da deyək ki, konsert verməyi də düşünürük. Hələ ki, konsert üçün hazırlıq işləri gedir".

Qrup duet ortaqlarından da söz açıb: "Bu vaxtadək heç kim bizə maddi baxımdan sənətə gəlmək üçün kömək etməyib. Ancaq öz gücümüzə hər şeyi etmişik. Sponsurumuz belə olmayıb. Xüsusi ilə diqqətinizə çatdırım ki, bizimlə məşhur simalar duet oxuyub. Xalq artisti Faiq Ağayevə, müğənni Elnarə Xəlilovaya, meyxana ustası Namiq Qaraçuxurluya bizə dəstək olduqları üçün təşəkkür edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə