Murad Arif “bomba” partlatmağa hazırlaşır

Murad Arif “bomba” partlatmağa hazırlaşır

Bəstəkar, aparıcı, müğənni Murad Arif maraqlı addım atıb. SİA-ya açıqlama verən müğənni yeni bəstə oxuduğunu dilə gətirib: "Türkiyənin tanınmış müğənnisi Mirkəlamın repertuarından olan "Tavla" adlı bəstəni oxudum . Bu mahnının sözlərini artıq 20 ildir ki, əzbər bilirəm. Bu yaxınlarda türkiyəli aranjimançı İskəndər Paydaşla tanış oldum. Onun Mirkəlamla işbirliyinə və "Tavla" (nərd oyunu) mahnısına olan sevgimi bildirdim. Bir müddət sonra İskəndər bəy bu mahnını yeni aranjimanda mənə hədiyyə etdi. Yəni mahnını müəlliflərin rəsmi icazəsi ilə oxudum. Çox xoşbəxtəm ki, bəstə istədiyim kimi alındı. Tezliklə bu bəstəyə klip çəkdirməyi də düşünürəm. Bu mahnı mənim yeni bombamdır, partlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə