Müğənni Elgün Hüseynovdan xəbər var. SİA-ya açıqlama verən ifaçı repertuarını təzələcəyini söyləyib: "İki həftəyə yaxındır xəstəyəm. Bəzi həkimlərə bir o qədər də güvənmədiyim və səhhətimdəki problemə ciddi yanaşmadığım üçün ev şəraitində müalicə olunuram. Amma buna baxmayaraq, işlərimə fasilə verməmişəm. Musiqisi Elvin Abdullayevin olan mahnım tezliklə işıq üzü görəcək. Lirik bəstə hələ ki, aranjimandadır".
Qeyd edək ki, ötən il ailə quran müğənni şəxsi həyatından da söz açaraq hələ ki, ata olmağa tələsmədiyini də diqqətə çatdırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB