Bu müğənni də biznesə qoşuldu

Müğənni Elnar Xəlilov bəzi həmkarları kimi biznesə qoşulub. SİA-ya açıqlama verən ifaçı mağaza açdığını dilə gətirib: "İfaçılıq mənim üçün çox önəmlidir. Amma müğənniliklə pul baxımından kifayətlənmək olmaz. Odur ki, yeni qadın paltarları mağazası açaraq, xanımların istifadəsinə vermişəm".

Sənətçi yaradıcılığındakı yenilikdən də söz açıb: "Bir neçə mahnım aranjimandadır. Hələ ki, seçim edirəm. Onlardan biri olan "Bakının nailəsi" bəstəmi ərsəyə gətirirəm. Orta ritmli mahnıdır. Musiqisi və sözləri özümə aiddir".

Bütün xəbərlər Facebook səhifəmizdə