Bilal Əliyevdən Brilliant Dadaşovaya cavab

Bilal Əliyevdən Brilliant Dadaşovaya cavab

Brillant Dadaşova həmkarı Bilal Əliyevin 150 min manata el şənliklərinə getməsini lağa qoyub. Məsələ haqqında SİA-ya açıqlama verən xalq artisti Bilal Əliyev xanım Dadaşova haqqında maraqlı fikirlər səsləndirib: "Bəzi el şənlikləri var ki, ordan 100 min və 150 min pul qazanmışam. Ancaq hazırda toylara getmirəm. Onu da deyim ki, bu qiymətə el şənliyi idarə etdiyim üçün Brilliant Dadaşova məni qınamışdı. Hətta ona inandırıcı gəlmirdi. Amma Brilliant xanımın özü sözügedən miqdardan daha da bahalı toylara gedib. Nəzərinizə çatdırım ki, bundan sonra el şənliklərinə qonaq qismində qatılacam. Şərait yaranarsa, yaxınlarımın toyunda oxuyaram. Amma ömrümün sonuna kimi el şənliklərinə gedib, pul qazanmaq fikrim yoxdur. Xüsusi ilə diqqətinizə çatdırım ki, 2014-cü ilin dekabr ayında xarici ölkələrdə 18 toy idarə etmişəm. Düşünürəm ki, əldə etdiyim pullar yaşamağım üçün kifayətdir. Odur ki, toylardan imtina etmişəm. Düşünürəm ki, yeni mahnılar yazdırmağa və ailəmlə vaxt keçirməyə zamanım bol olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə