Bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayeva sayca onuncu mahnlarını təqdim ediblər. SİA-ya bu barədə açıqlama verən bəstəkar yeni ərsəyə gətirdikləri bəstəni müğənni Əkbərin səsləndirdiyini deyib: "Qənirə xanımla artıq onuncu mahnımızı təqdim etdik. Bu dəfə sözləri Qənirə xanıma, musiqisi isə mənə aid olan "Qayıt" adlı mahnımızı müğənni, Əkbər oxudu. Əkbərin mahnıların dinləmişdik, səsi xoşumuza gəlmişdi. Onun səsində lirik mahnı çox gözəl alınır. Bir sözlə Əkbərin yaxşı səsi var. Bəstəni də özünəməxsus şəkildə ifa edib. Onu da deyim ki, bu layihəmiz Qənirə xanımla hələ davam edir. Mahnıların ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürlərimi bildirirəm".
Qeyd edək ki, mahnının aranjimanı Osman Həmidovundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB