Türkiyənin tanınmış rejissoru Bakıda! FOTOLAR

Türkiyənin tanınmış rejissoru Bakıda! FOTOLAR

Türkiyənin tanınmış rejissoru "Adini Feriha koydum", "Umutsuz ev kadınları", "Bir aşk hikayesi", "Aşk", "Hanımın çiftliği", "Doktorlar" "Güllerin savaşı" kimi reytinq rekordlarına imza atan serialların, eləcə də "Neşeli hayat", "Beyaz melek", "Memleket meselesi" kimi filmlərin quruluşçu rejissoru Engin Öztürk Bakıda qonaq olub. SİA-nın verdiyi xəbərə görə, onu paytaxtımıza rejissor Gülnarə Aydın Bağırova dəvət edib.

Gülnarə xanım bildirib ki, türkiyəli rejissorla yeni layihə hazırlayırlar. Belə ki, E. Öztürk mart ayından başlayaraq Bakıda gənc aktyor və rejissorlara televiziya və seriallar mövzusunda seminarlar keçəcək: "Seminarlarla yanaşı türkiyənin məşhur aktyorları ilə görüşlər olacaq. Onları həm Bakıda KİV nümayəndələri ilə görüşlərini təşkil edəcəyik, eyni zamanda seminarlarda iştirak edəcəklər. Həmin məşhurlar sırasında indiyədək Türk seriallarından tanıdığınız simalar da olacaq".

İki gün Bakıda qonaq olan E. Öztürk hava limanından birbaşa Şəhidlər Xiyabanı və Türk Şəhidlərinin Xatirə Abidəsini ziyarət etməyə yollanıb. Türkiyəli rejissor Azərbaycanla ortaq serial və filmlər çəkəcəyini bildirib: "Türkiyə Amerikadan sonra film sahəsində 2-ci yerdədir. Təəssüf ki, Azərbaycan bu baxımdan zəifdir. Bunun səbəbi isə yanlış ssenarilərdədir. İlk növbədə ortaq bir sevgi hekayətindən bəhs edən film çəkmək istəyirəm. Bunun üçün Azərbaycanda güclü ssenarist axtarışındayam".

E. Öztürk hazırda Türkiyədə reytinq sıralamasında ilk yerləri tutan "Güllərin savaşı" serialında yeniliklərin olacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə