Xəbər verdiyimiz kimi, Türkiyədəki 17 dekabr hadisələrindən (17 dekabr 2013-cü il – Türkiyədə korrupsiya və rüşvət tədqiqatı aparılıb – red.), prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdən bəhs edən "Kod adı K.O.Z." adlı film çəkiləcək. SİA-nın verdiyi xəbərə görə, sözügedən filmdə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva, həyat yoldaşı, aktyor Tolqa Karel, Hazım Körümükçü, Turqay Tanülkü rol alıblar. Noyabr ayından lentə alınan ekran işi fevralın 13-də təqdim olunacaq.
Qeyd edək ki, həmin filmin mart ayında Bakıda qala gecəsi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB