Müğənni Günay İbrahimli yenicə barışdığı şou-biznes nümayəndələrindən söz açıb. SİA-nın verdiyi xəbərə görə, bu haqda verilişlərin birində danışan ifaçı həmkarı Ceyhunla barışsa da onunla yola gedə bilmədiyini dilə gətirib: "Küsülü olduğum prodüser Təranə Səmədovayla və müğənni Ceyhun Əliyevlə barışdım. Ceyhunla bizi sənət dostumuz Vasif Məhərrəmli barışdırdı. Amma yenidən onunla bir araya gəlib, duet oxuya bilmərəm. Çünki Ceyhunla xasiyyətlərimiz uyğun gəlmir. Amma xüsusi ilə diqqətinizə çatdırım ki, qardaş ölkənin sənətçisi ilə duet oxumaq fikrim var. Hələ ki, ondan cavab gözləyirəm. Əgər dəvətimi qəbul edərsə, adını açıqlayacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB