Uşaqlar evində böyüyən stilist Samiraldo (Samir Əliyev) mənəvi anası ilə görüşüb. Bu haqda SİA-ya stilistin özü danışıb: "Belə bir deyim var ki, insan taleyini özü seçmir. Alın yazısı nədirsə, onu da yaşayır. Mənim də taleyim belə yazıldı ki, doğma ata, anam məndən uzaq oldu. 1976-cı ildən 1992-ci ilə qədər uşaqlar evində qaldım. Orada pis, yaxşı həyatımı yaşadım.
Amma yenə da taleyimdən narazı deyiləm. Çünki məni illərdi öz balası kimi sevən bir insan, mənəvi anam var yanımda. O, xəstədir. Amma mən hər dəfə onun yanına gedəndə çox sevinir. Elə mən də sevinirəm. Çünki onu özümə ana bilirəm. O, dünyanın ən təmiz qadınıdır. Ondan doya bilmirəm. O, mənim mələyimdir. Səni çox istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB