Cütlük bundan sonra birgə çalışacaq

Cütlük bundan sonra birgə çalışacaq

Bir il öncə ailə həyatı quran istedadlı gənc bəstəkarlar Bəbir və Ülviyyə Bəbirli artıq yaradıcı cütlük kimi gündəmə gəliblər. SİA-nın verdiyi xəbərə görə, bundan öncə hər iki bəstəkar ayrı-ayrılıqda fəaliyyət göstəriblər. Artıq bərabər çalışıb, layihələr ərsəyə gətirməyə qərar veriblər: "Biz artıq tək yazmırıq. Yaradıcılığımız və uğurlarımız bir yerdədir. Adımız da ayrı-ayrılıqda səslənməyəcək. Onu da deyim ki, bir-birindən gözəl mahnılarla tamaşaçıların qarşısına çıxacağıq. Amma hazırda üzərində işlədiyimiz bəstələrin adlarını hələ ki sirr saxlayırıq".

Qeyd edək ki, artıq yaradıcı cütlük tərəfindən hazırlanan, sözləri Mələk Xəlilə məxsus olan "Doğum günü" adlı mahnı Əbdül Xalid tərəfindən oxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə