Müğənni yeni klipini təqdim etdi

Müğənni Aytac Vidadiqızı "Rəngli həyat" adlı mahnısına çəkilən klipinin təqdimat mərasimini keçirib. SİA-nın verdiyi xəbərə görə, bəstənin söz və musiqisi özünə aid olan sənətçinin ekran işinin rejissorluğunu Pərviz Əzimzadə edib. Klipin süjet xətti xəyanət mövzusundadır. Aytac bunun sayca altıncı klipi olduğunu bildirib.

Tədbirdə, həmçinin ifaçının müəllimi, xalq artisti Mənsum İbrahimov da iştirak edib. O, Aytacın səsini bəyəndiyini bildirib.

Qeyd edək ki, tədbirdə eyni zamanda əməkdar artist İlqar Muradov, Babək Niftəliyev, müğənnilər Yaşar Yusub, Yaşar Cəlilov, Niyam Salami, aparıcı Sərxan Kərəmoğlu, Cavid Gül və başqaları da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə