Xalq artisti Rəmişin Rusiya toyların birində "Tut ağacı" mahnısını ermənicə oxuması xəbəri gündəmi alt-üst edib. Məsələ haqda SİA-ya sənətçinin həyat yoldaşı Gülü Hüseynova münasibət bildirib: "Rəmişə paxıllıq edənlər çoxdur. O, xalq artisti adını layiq görüldüyü üçün qara yaxırlar. Rəmiş Rusiyada sonuncu dəfə 2007-ci ildə olub. Görüntülər montaj olunub. Xüsusi ilə diqqətinizə çatdırım ki, Rəmiş Qarabağlıdır və müğənni deyil. O, necə "Tut ağacı" mahnısını erməni dilində oxuya bilər? Bir sözlə, yalan xəbərdir".
Daha sonra xalq artistinin özü dəstəyi həyat yoldaşının əlindən alaraq, "Nə istəyirsiniz gedin, yazın. Belə məlumatı yazanlar qələt edir" sözlərini deyib, dəstəyi yerə asdı".
Həmin videonu təqdim edirik:
http://www.myvideo.az/?video_id=1963281&elapsed=NaN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB