Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Tural Bayraməliyev Mərdəkan 3 saylı uşaq evinin sakinlərinə bayram sevinci yaşadıb. SİA-nın verdiyi xəbərə görə, sənətçilərin cəm olduğu bayram məclisində bir cox fiziki və əqli problemləri olan uşaqlara bayram süfrəsi açılıb. Təamlardan dadıb, sənətçilərin mahnılarının sədaları altında oynayan uşaqlara sonda qurumun sədri tərəfindən hədiyyələr də təqdim edilib.
Xeyriyyə tədbirinə tanınmışlardan Elçin Cəfərov, Humay Qədimova, Yaşar Yusub, Mirkamil Kamilov, Cavid Gül və başqaları qatılıb. Fiziki qüsurlu uşaqlara səmimiyyət göstərən məhşurlar, onlarla növbəti görüşə hazırlaşdıqlarını bildiriblər.
Qeyd edək ki, Mərdəkan 3 saylı uşaq evində dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə uşaqlar üçün geniş bayram proqramı təşkil ediləcək. Tural Bayraməliyev həmin tədbirə qatılacağını və sənətçi dostlarının uşaqların istəyi ilə onlara mahnı tövhələrini təqdim edəcəyini bildirib. Mədəniyyət mərkəzinin sədri eyni zamanda fiziki qüsurlu uşaqlara bayram hədiyyələri təqdim edəcəyini də bildirib.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB