ATV telekanalında yayımlanan "N 1" musiqili yarışmasının növbəti duelləri məlum olub. SİA-nın verdiyi xəbərə görə, bir neçə həftədir davam edən şouda iştirakçılar bu dəfə Yaşar Cəlilovu dueldə görmək istəyiblər. Müğənni isə həmkarı Mirkamil Kamilovu duelə çağırıb. Y. Cəlilov bunun səbəbini də açıqlayıb: "Burada elə iştirakçılar var ki, onlara uduzmaq istəmərəm. Uduzanda da layiqli rəqibə uduzmaq yaxşıdır. Mirkamil mənim üçün layiqli rəqibdir. Onun istedadı, səs diapazonu, səsi, sənəti göz qabağındadır. Mirkamilə uduzmaq mənə ayıb olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB