Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında "Bakı gecələri-2014" Estrada Mahnı Festivalının qala- konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, konsertdə 2013-2014-cü illər ərzində yazılmış, dinləyicilər tərəfindən sevilərək hitə çevrilmiş və festivalın təşkilat komitəsi tərəfindən seçilmiş 25 mahnı səslənib.
Təqdim olunan mahnılar "Bakı gecələri-2014" Estrada Mahnı Festivalının Laureatı adına layiq görülüb.
Gecədə xalq artistləri Flora Kərimova, Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənnilər İzzət Bağırov, Əlikram Bayramov, Yaşar Cəlilov, Nuri Sərinləndirici, Elçin Hüseynov, Yaşar Yusub, Niyam Salami, Əbdül Xalid, Elnar Xəlilov, Emil Bədəlov, Sevil və Sevinc, Xatun, Elvin Abdullayev mükafat alıblar.
Mərasimdə E.Bədəlovun "Çərpələng", Elnar Xəlilovun "Soyuqdur mənə", E.Abdullayevin "Sevmək yaraşmadı", Xatunun "Sən gəlmədin" mahnıları mükafata layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB