Hadisə hər kəsi ayağa qaldırdı

"O səs Türkiyə" yarışmasının münsif kürsüsündə əyləşən müğənni Hadisə tamaşaçıları ələ almağı bacarıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı səhnəyə çıxaraq "Nerdesin aşkım"mahnısını oxuyub və izləyiciləri əyləndirib. Daha sonra Beyonsun mahnılarından birini səsləndirən müğənni səhnəyə İrəm adlı tamaşaçını çağırıb və onunla rəqs edib. Hadisənin "Hər kəs ayağa qalxsın" sözlərindən sonra nümayiş etdirdiyi rəqs digər münsiflərlə yanaşı, zalda əyləşənləri də coşdurub.

Bütün xəbərlər Facebook səhifəmizdə